Qadin.NET / Mədən qəzasının qurbanları 300-ə çata bilər

Mədən qəzasının qurbanları 300-ə çata bilər

14:17

Türkiyənin ən böyük kommersiya banklarından olan "İNG Bank Türkey" bankı Somada həlak olmuş mədənçilərin bütün kreditlərini hesabdan silib.Milli.Az İHA-ya istinadən bildirir ki, bank rəhbərliyinin qəbul etdiyi qərara görə, Somadakı daş kömür mədənində çalışmış və bankdan kredit almış şəxslərin bütün borcları məbləğdən asılı olmayaraq sıfırlaşdırılıb.
 --------
12:50
"Manisa vilayətində kömür mədənində baş vermiş qəzanın qurbanlarının sayı 300 nəfərə çata bilər". Trend cümə günü "TRT Haber" telekanalına istinadən xəbər verir ki, bu barədə ölkənin energetika və təbii sərvətlər naziri Taner Yıldız məlumat verib.
Onun sözlərinə görə, hazırda dağıntılar altında 18 nəfər qalıb.T.Yıldızın sözlərinə görə, hökumətin birinci dərəcəli vəzifəsi dağıntılar altında qalmış mədən işçilərinin xilas edilməsidir.Nazir qeyd edib ki, xilasetmə əməliyyatlarının yaxın vaxtlarda başa çatacağı gözlənilir.

----------
10:17
"Türkiyənin Manisa vilayətinin Soma rayonu ərazisindəki kömür mədənində baş verən qəzada ölənlərin sayı 284-ə çatıb"
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib. 
Bundan əvvəl 283 nəfərin öldüyü bildirilmişdi. Nazirin sözlərinə görə, şaxtada axtarış-xilasetmə işləri 3 qrup xilasedicilər tərəfindən aparılır. Ölən fəhlələrin cəsədlərinin əksəriyyəti artıq ailələrinə təhvil verilib. Bu gecə davam etdiriləcək xilasetmə işlərinin çox böyük əhəmiyyət kəsb etdiyi qeyd olunur. “Elektrik stansiyada baş vermiş qəza nəticəsində başlayan yanğın hələ tam söndürülməyib. Lakin dəm qazının səviyyəsinin azaldığı qeydə alınıb, bu da yanğının artıq səngidiyindən xəbər verir”, - deyə Yıldız bildirib. Nazir yerin altında qalan fəhlələrin sayı barədə heç bir açıqlama verməyib. “Spekulyasiyalara yol verməmək üçün biz ilkin rəqəmlər açıqlamayacağıq. Dəqiq, təsdiqlənmiş məlumat əldə olunan kimi dərhal ictimaiyyətə müvafiq açıqlama veriləcək”, - deyə nazir əlavə edib. Partlayış baş verən an şaxtada 787 insan olub, onlardan təxminən 400-ü xilas oluna bilib. Hazırda xəstəxanada 3 mədənçi müalicəni davam etdirir. 
İlkin ehtimala görə, partlayışa və yanğına qısaqapanma səbəb olub. 

Mənbə:Milli.Az
17 may 2014
GO BACK