Qadin.NET / Hava şəraiti dəyişir: öncə qızmar yay, sonra sərin yaz - YENİLƏNİB

Hava şəraiti dəyişir: öncə qızmar yay, sonra sərin yaz - YENİLƏNİB

15:02
Azərbaycanda bir neçə gün davam edən isti hava şəraitindən sonra mayın 19-dan 20-nə keçən gecədən hava sərinləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva Trend-ə bildirib ki, mayın 19-da günün birinci yarısında xoş hava şəraiti olacaq. Lakin mayın 19-dan 20-nə keçən gecə şimal küləyinin güclənəcəyi gözlənilir. Bununla əlaqədar mayın 20-də ölkə ərazisində havanın temperaturu orta hesabla 4-5 dərəcə enəcək. Mayın 20-də Bakıda və Abşeron yarımadasında havanın temperaturu 25-28 dərəcə isti olacaq: "Abşeron yarımadası küləkli yerdir. Ona görə də hava şəraitinin sərinləşməsi Abşeron yarımadasında daha çox hiss ediləcək". Azərbaycanın rayonlarında da hava dəyişəcək, temperatur enəcək. Qeyd edək ki, sinoptiklər yaxın iki gün ərzində ölkədə havanın temperaturunun iqlim normasından yüksək olacağını proqnozlaşdırıblar. Mayın 17-də Bakıda və Abşeron yarımadasında havanın temperaturunun 28-33, ölkənin bəzi yerlərində 35, Aran rayonlarında 33-38 dərəcə isti olacağı gözlənilir.
----------
11:24
Yaxın iki gün ərzində Azərbaycanın bəzi yerlərində havanın temperaturu 36 dərəcəyə yüksələcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva Trend-ə bildirib ki, yaxın iki gün ərzində Bakıda havanın temperaturu 33-34 dərəcəyə kimi yüksələcək və iqlim normasından yüksək olacaq. Mülayim külək əsəcək. Hava şəraiti nisbətən sabit, dəyişkən buludlu, yağmursuz olacaq. Yaxın iki gün ərzində Aran rayonlarında havanın temperaturu 35, bəzi yerlərdə 36 dərəcəyə yüksələcək. U.Tağıyeva bildirib ki, hazırda Bakıda havanın tempeturu iqlim normasından 3 dərəcə yüksəkdir. Ötən günlərdə isə temperatur iqlim normasından 5-7 dərəcə yüksək olub. Amma ötən günlərdə də rekord temperatur göstəricisi qeydə alınmayıb. Yüzillik meteoroloji müşahidələrə görə, Bakıda mayda rekord göstərici, yəni ən yüksək temperatur 35 dərəcə olub. U.Tağıyeva bildirib ki, son günlərdə Bakı və Abşeron yarımadasında gündüz saatlarında 31-32 dərəcə isti qeydə alınıb. Bu da bu il Bakı və Abşeronda may ayında qeydə alınan ən yüksək temperatur hesab edilir: "Bu temperatur normadan yüksək olsa da, rekord göstərici deyil".

Mənbə:Milli.Az
16 may 2014
GO BACK