Ümumdünya Boks Seriyasının (WSB liqası) finalı Bakıda olacaq. Milli.Az Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, "Baku Fires" və "Cuba Domaderos" komandaları arasında həlledici görüşlər iyunun 6-da və 7-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçiriləcək. Bununla bağlı mayın 23-də Bakıda AIBA prezidenti ilə Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov arasında müqavilə imzalanacaq. Qeyd edək ki, komandamız yarımfinalda Qazaxıstanın "Astana Arlans" klubunu, kubalılar isə Rusiya boksçularını məğlub ediblər.
Mənbə:Milli.Az