Qadin.NET / Adsızların yeri daralır

Adsızların yeri daralır

 

Bu ilin birinci rübündə dünya üzrə adsız planşetlərin təchizatının həcmi 20,4 milyon təşkil edib. Milli.Az ICTnews-ə istinadən bildirir ki, təchizat həcminin azalması əsasən, adsız planşetlərin vendorlarının Çində yerləşməsi ilə bağlıdır. Təchiz edilən modellər arasında 7 düymlük modellərin payı 70,5%, 7,85/7,9 düymlük modellərin 21,3%, 8 və 9 düymlük 4,2%, ölçüsü 9 və 10 düymdən yuxarı 2,9%, ölçüsü 10 düymdən yuxarı olan planşetlərin payı isə 1,1% təşkil edib.Hindistan, İndoneziya, Tailand, Rusiya və Şərqi Avropa ölkələri kimi inkişaf edən ölkələrdə artan tələbatı nəzərə alaraq ekspertlər ikinci rübdə adsız planşetlərin təchizat həcmlərinin artımını 14,2%, il ərzində isə 45,6% proqnozlaşdırırlar. Beləliklə, bu il ərzində adsız planşetlərin təchizat həcmlərinin 23,3 milyonadək artacağı gözlənilir. 

Mənbə:Milli.Az

 

16 may 2014
GO BACK