Qırmızı şərabın tərkibində olan resveratrol maddəsini şəfaverici antioksidant hesab edirdilər. Sən demə, bu yalan imiş. Həmin maddə insan ömrünü uzatmır. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, Con Hopkins Universitetinin tibb fakültəsinin alimləri apardıqları araşdırmadan sonra belə bir qənaətə gəliblər. Onlar Toskanada mütəmadi şərab içən yaşlı insanların səhhətlərini nəzarət altında saxlayıblar. Tədqiqat yaşı 65-dən çox olan 783 nəfər kişi və qadın iştirak edib. Məlum olub ki, onlar çox yaşamırlar. Mütəmadi olaraq qırmızı şərab qəbul eləyən insanlarda ürək xəstəliyi və xərçəng riski yüksək olur.
Mənbə:Milli.Az