Digitimes Research tədqiqat şirkətinin yaydığı informasiyaya əsasən, Cənubi Koreya şirkətinin Samsung Display bölməsi AMOLED-texnologiyanın hazırlanmasına təxminən 5 milyard dollar məbləğində sərmayə qoymağı planlaşdırır.Milli.Az ICTnews-ə istinadən bildirir ki, 2013-cü ildə şirkət bu sahəyə təxminən 4 milyard dollar xərcləyib. Cari ildə Samsung Display AMOLED-məhsulun populyarlaşması ilə əlaqədar əlavə 3-5 milyard dollar xərcləməyə hazırlaşır,- DigiTimes portalı yazır. Nəticədə, Samsungun AMOLED məhsulundan illik gəliri maye kristal ekranlardan yüksək ola bilər.
Mənbə:Milli.Az