Qadin.NET / Soma Bakıda da anıldı

Soma Bakıda da anıldı

Soma Bakıda da anıldı

Türkiyənin Azərbaycandakı səfirliyində Manisa vilayətinin Soma şəhərində kömür mədənində baş verən faciə ilə əlaqədar anım mərasimi keçirilib. Anımda baş nazirin müavini Abid Şərifovla yanaşı tanınmış ictimai-siyasi xadimlər, iş adamları və səfirlik əməkdaşları iştirak ediblər. Abid Şərifov mədəndə baş verən partlayışı ağır faciə adlandırıb və Azərbaycan adından ölən vətəndaşlara Allahdan rəhmət diləyib. Nazir müavini Azərbaycan hər zaman Türkiyənin yanında olduğunu, bundan sonra da yanında olacağını deyib. Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun bildirib ki, Azərbaycanda anım tədbiri "bir millət iki dövlət" prinsipi ilə keçirilir: "Azərbaycan Prezidentindən aldığımız başsağlığı mesajı, eyni zamanda, Azərbaycan xalqının göstərdiyi dəstək Türkiyə üçün güc mənbəyidir". Qeyd edək ki, Soma şəhərindəki kömür mədənində partlayış may ayının 13-də günorta saatlarında baş verib. Ən son məlumata görə, hadisə nəticəsində 275 nəfər ölüb. Onlarla insan hələ də torpaq altındadır. 

Mənbə:anspress.com
16 may 2014
GO BACK