Qadin.NET / Külək nə vaxta kimi davam edəcək?

Külək nə vaxta kimi davam edəcək?

Külək nə vaxta kimi davam edəcək?

Sabah Bakıda şimal küləyi mülayimləşəcək, temperatur bir neçə dərəcə yüksələcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, mayın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Hava əsasən yağmursuz keçəcək, güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturu gecə 14-17, gündüz 28-33 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam cənub və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Aran rayonlarında havanın temperaturunun gecə 14-19, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Mənbə.anspress.com
15 may 2014
GO BACK