Qadin.NET / Sabunçu rayonunda “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb

Sabunçu rayonunda “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb

Sabunçu rayonunda “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb

Bakı. Etibar Məmmədov - APA. Mayın 7-də açılışı olan Sabunçu rayonu 4 saylı Bakı “ASAN xidmət” mərkəzi bu gündən fəaliyyətə başlayıb.

APA-nın məlumatına görə, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində, Sülh küçəsi 8A ünvanında yerləşən 4 saylı Bakı “ASAN xidmət” mərkəzindən Sabunçu, Xəzər və Pirallahı rayonlarının ərazisində qeydiyyatda olan 408 min vətəndaş yararlana biləcək. 4 saylı “ASAN xidmət” mərkəzin inzibati binası 5 mərtəbədən ibarətdir. Mərkəzin işçilərinin ümumi sayı 209 nəfərdir. Onlardan 60 nəfəri könüllüdür. Mərkəzdə Məlumat köşkü, Özünəxidmət köşkü, “Exit Poll” rəy sorğusu aparatı, Ərizə masası, Ana və Uşaq otağı, Laboratoriya və Tibb məntəqəsi, Fotostudiya, uşaq əyləncə guşəsi, Uşaq hüquq mərkəzi və gözləmə zalı Elektron şikayət köşkü, bankomat, bank və sığorta xidməti, tərcümə mərkəzi, hüquqi yardım, “BakıelektrikŞəbəkə”, “Azəriqaz”, “Azərsu” xidmətləri, Mərkəzi Bank, kafe və gözləmə zalı var. Eyni zamanda mərkəzdə Daxili İşlən Nazirliyinin, Vergilər Nazirliyinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və s. qurumların xidmətləri göstərilir.

Mənbə:apa.az

15 may 2014
GO BACK