2014-cü ilin birinci rübündeə Samsung şirkəti Apple şirkətinə 5.2 milyon yüksək təsvir ölçüsünə malik 9.7 düymlük panel tədarük edib.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Apple üçün ekran tədarükündə Samsungun bazar payı 62% təşkil edir, ikinci böyük partnyor LG şirkəti yalnız 3,2 milyon panel tədarük edib. Ötən il bildirilmişdi ki, Apple şirkəti iPad üçün əsas ekran tədarükçüsü qismində Samsungu ona görə seçib ki, Koreya şirkəti Appleın planşetləri üçün ekran tələbatını təmin etməyə qadirdir. Bununla belə, artıq çoxdan məlumdur ki, alma korporasiyası son zamanlar Samsungdan asılılığını maksimal dərəcədə azaltmağa çalışır. Amma koreyalılar obyektiv üstünlüklərə malikdirlər: bu, istehsal obyektləri və texnologiya üstünlüyüdür. Ehtimal ki, yaxın vaxtlarda Apple və Samsung arasında əməkdaşlıq davam etdiriləcək.
Mənbə:Milli.Az