Qadin.NET / Dünyanın ən qəribə brilyantı rekord qiymətə satıldı

Dünyanın ən qəribə brilyantı rekord qiymətə satıldı

 

Ölçüsü 100,09 karat olan "Graff Vivid Yellow" adlı brilyant rekord qiymətə satılıb. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, qiymətli daş "Sotheby’s" hərracında öz yeni sahibini tapıb. Bu daş üçün 16,35 milyon dollar pul ödəyiblər. "Graff Vivid Yellow" dünyadakı ən böyük sarı brilyantdır. Onun 15-25 milyon dollara satılması nəzərdə tutulurdu. Qeyd edək ki, brilyant satışında əvvəlki rekord 2011-ci ildə olub. 110,03 karat çəkisi olan sarı brilyant 12,4 milyon dollara satılıb. 

Mənbə:Milli.Az

 

15 may 2014
GO BACK