Qadin.NET / Office for iPad - nə qədər?

Office for iPad - nə qədər?

 

2014-cü il martın sonunda App Store onlayn mağazasında çoxdan gözlənilən Office for iPad tətbiqi yerləşdirilib. TechEd konfransında Microsoft korporasiyasının ofis bölməsinin baş meneceri Culiya Uayt bu tətbiqin uğurundan danışıb. Milli.Az ICTnews-a istinadən bildirir ki, Office for iPad paketi Word mətn redaktoru, Excel cədvəllər redaktoru, həmçinin təqdimatların yaradılması üçün PowerPoint proqramı kimi tətbiqləri özündə birləşdirir. Məhsul freemium modeli üzrə yayılır, yəni App Store onlayn mağazasından tətbiqləri yükləmək və onların köməyi ilə Word, Excel və PowerPoint formatında sənədləri ödənişsiz açmaq olar, amma redaktə və bu cür faylların yaradılmasına görə məbləğ ödəmək lazımdır.  Office 365-ə illik abunənin qiyməti 99 dollar təşkil edir. Uaytın sözlərinə görə, Office for iPad paketi buraxıldığı andan ötmüş 46 gün ərzində 27 milyon dəfə yüklənilib.

 Mənbə:Milli.Az

 

15 may 2014
GO BACK