Qadin.NET / Kişiləri cəlb etmək üçün məsləhətlər

Kişiləri cəlb etmək üçün məsləhətlər

Yarınızla siz yaxşı cütlüksünüz, münasibətləriniz yaxşı alınır. Ancaq son zamanlar hiss edirsiniz ki, nəsə çatmır. Münasibətlər quru olub. Bəs problemi necə həll edək?Milli.Az bu sahədə sizə bəzi məsləhətlər verəcək. Problemin olduğunu etiraf etmək elə ilk addımdır. İnkişaf etirafdan başlayır. Klassik qalmaqallar, isterikalar edərək "bütün kişilər alçaqdır", "sənin həyatında başqası var?" kimi ifadələr işlətmək lazım deyil. Daha da ağıllı olun. Axı siz qadınsınız! İdmanla məşğul olun. Bu üsulla bədən quruluşunuzu gözəlləşdirə, diqqəti daha çox cəlb edə bilərsiniz.
Özünüzə yeni məşğuliyyət tapın. Ev işləri, uşaqlarla məşğul olmaq yaxşıdır, ancaq cazibədar xanımın hobbisi də olmalıdır. Özünüzü realizə də edin. Rəssamlıq sahəsində istedadınızn olduğunu düşünürsünüz? Bunu reallaşdırmağın tam vaxtıdır. Özü üçün maraqlı olan xanım kişilərin də diqqətini cəlb edəcək.
Yeni alt paltarları alın. Bu paltar tərəf müqabilinizdə diqqət və həvəs yaratmalıdır. Əgər bədən quruluşunuz ideal deyilsə, uyğun paltar seçimi ilə bunu ört-basdır edə bilərsiniz. Minimum paltar, maksimum erotiklik prinsipinə əməl edin. Ərinizi təəccübləndirməyi bacarın.
Yadda saxlayın ki, özünü sevən qadını kişilər də sevir. Özünü sevən qadın diqqət və qayğını heç vaxt öz üzərindən götürməməlidir. Bədən quruluşunun da, intellektinin də, sağlamlığının da qeydinə qalmalıdır. Bu üsulla kişi sizdən heç vaxt bezməz.

Mənbə:Milli.Az
14 may 2014
GO BACK