Qadin.NET / Azərbaycanda daha bir su anbarı istifadəyə veriləcək

Azərbaycanda daha bir su anbarı istifadəyə veriləcək

 

Milli.Az Türkel TV-yə (TTV) istinadən bildirir ki, Tovuzçay su anbarının tikintisi artıq yekunlaşmaq üzrədir. Hazırda ərazidə son tamamlama işləri gedir. 20 milyon kubmetr su tutumu olan anbarı 18000 hektardan çox əkin sahəsinə can verəcək. Anbara gedən avtomobil yolu, gölün üzərində salınan iki körpü artıq istifadədədir. Bəndin hündürlüyü 45, qaşı üzrə uzunluğu 1340, üstdən eni 10 metrdir. Saniyədə maksimum 250 kubmetr su ötürmə imkanı olan 650 metr uzunluğunda qəza su tullayıcı qurğu da hazırdır.  Tovuzçay Su anbarınin tikintisinin sahə rəisi Rasim Mustafayev:"18465 ha torpaq sahəsinin su təminatını yaxşılaşdırmaq məqsədilə tikilir. Artıq şirkətimiz tərəfindən göründüyü kimi, uzunluğu 1340 m, hündürlüyü 45 m olan bənd tam tikilib qurtarmışdır, aşağı biofendə 9 ha beton üzlük qoyulmuşdur. 250 kub qabiliyyətində qəza sütun lazer tikilib qurtarıb".

Tovuzçay su anbarında hazırda son tamamlama işləri gedir.
Rasim Mustafayev: "Demək, avadanlıqların quraşdırılması, eyni zamanda elektrik işləri. Hal-hazırda avadanlıqlarımız Türkiyədən gəlmiş, tikinti meydançalarındadır. Elektrik işləri üzərində çalışırıq, çox güman ki, bu il gölü tikib Azərbaycan xalqının istifadəsinə verəcəyik". Tikinti zamanı su altda qalma ehtimalı olan qəbiristanlıq və 2 türbə təhlükəsiz əraziyə köçürülüb, Vahidli qəbiristanlığı və tarixi Soltan körpüsü mühafizə olunub.
Mənbə:Milli.Az

 

14 may 2014
GO BACK