Qadin.NET / Azərbaycan iri qaz nəqlinin reallaşdırılmasında əlavə həcmləri nəzərə alır

Azərbaycan iri qaz nəqlinin reallaşdırılmasında əlavə həcmləri nəzərə alır

"Azərbaycan iri qaz nəqli layihələrinin reallaşdırılması zamanı həmin layihələr vasitəsilə özünün digər yataqlarından və üçüncü ölkələrdən əlavə həcmlərin tədarük imkanlarını nəzərə alır". Trend-in məlumatına görə, bunu jurnalistlərə energetika naziri Natiq Əliyev Türkmənistan qazının Avropaya tədarük imkanlarına dair məsələni şərh edərkən deyib.

Nazir nümunə kimi Cənubi Qafqaz qaz kəmərini, Trans-Anadolu qaz kəmərini və digərlərinin adını çəkib. Onun sözlərinə görə, Türkmənistan Avropaya ixrac niyyəti olarsa, Azərbaycan bunun üçün bütün zəruri infrastrukturu təqdim etməyə hazırdır: "Türkmənistan qazının Avropaya tədarükü məsələsi ilə bağlı dəfələrlə danışıqlar aparılıb, lakin indiyədək konkret nəticələr əldə olunmayıb". N.Əliyev qeyd edib ki, hazırda Türkmənistan tərəfi Şərqə istiqamətlənmiş bir neçə qaz nəqli layihələrini həyata keçirir: "Qaz tədarükü məsələsində isə Türkmənistan bəyan edir ki, Qərbə qaz tədarük etməkdə maraqlıdır, bununla belə, qazı sərhədə qədər verməyə hazırdır. Xəzər dənizi vasitəsilə qaz tədarükü məsələsi isə açıq olaraq qalır".
Mənbə:Milli.Az
14 may 2014
GO BACK