Qadin.NET / Ən yaradıcı insanlar - REYTİNQ

Ən yaradıcı insanlar - REYTİNQ

Google şirkətinin məhsullar üzrə vitse-prezidenti Mario Keros və Dropbox servisinin dizaynerlər qrupu Fast Company nəşrinin versiyasına görə, ən yaradıcı insanlar onluğunda yer alıb. Milli.Az ICTnews-a istinadən bildirir ki, M.Keros Chromecast mediapleyerinin yaradılmasına görə reytinqdə dördüncü, bulud servisi dizaynerləri altıncı yeri tutub. Reytinqdə ilk on yerdən altısında informasiya texnologiyaları (İT) biznesinin nümayəndələri qərarlaşıb. Belə ki, ikinci yeri Amazon şirkətinin bağlamaların uçan aparatlarla çatdırılması üzrə layihə müəllifləri, beşincini - Qualcomm şirkətinin qurğuları bir-biri ilə danışmağı öyrədən top-meneceri Rac Talluri tutub. Reytinqin doqquzuncu yerində karyera qurmaq istəyən qadınlar üçün onlayn-klub istifadəyə verən Salli Kroçek, onuncu yerdə - Whisper anonim ünsiyyət servisinin yaradıcısı qərarlaşıb. Reytinqdə birinci yeri ölkəsində qadınları əmək fəaliyyətinə cəlb edən Səudiyyə Ərəbistanı şahzadəsi Rima Bint Bəndar əl-Səudi tutub.

Mənbə:Milli.Az
14 may 2014
GO BACK