Qadin.NET / Sevgi bizi güclü edir

Sevgi bizi güclü edir

 

Sevgi gücümüzü artırır. Bu hansısa şairin romantik şeirindən misra deyil. Alimlərin ortaya qoyduğu real nəticələrdir.Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, Almaniyanın Fridrix Şiller adına Yensk universitetinin əməkdaşları şairlərin bu romantik fikirlərini araşdırıblar. Məlum olub ki, bu fikirlər həqiqət imiş.Alimlər 18-30 yaş arası 245 cütlük arasında eksperiment keçiriblər. 10 ay ərzində həmin cütlükləri müşahidə ediblər, nevrozların ölçülərini hesablayıblar.Bu üsulla müəyyən edilib ki, romantik əlaqədə olan insanlar həyatı pozitiv qəbul etməyə meyllidirlər. Zamanla həmin pozitiv tendensiya yenə neqativə çevrilir. Ancaq sevgi qısa zamanda olsa da belə, insanın dünyaya baxışını dəyişir.Almaniyalı alimlər bu istiqamətdə araşdırmanı davam etdirərək tezliklə daha da maraqlı nəticələr ortaya qoyacaqlarını vəd ediblər.

Mənbə:Milli.Az

 

14 may 2014
GO BACK