Qadin.NET / iPhone 6 bir ay tez gələcək

iPhone 6 bir ay tez gələcək

Apple şirkəti iPhone smartfonunun yeni modelini 2014-cü ilin sentyabrında deyil, avqustunda nümayiş etdirə bilər. Bu haqda Tayvan KİV-nə istinadən Reuters agentliyi məlumat yayıb. Milli.Az ICTnews-a istinadən bildirir ki, avqustda 4.7 düymlük ekranla təchiz edilmiş model nümayiş etdiriləcək. 5.5 düymlük ekranla təchiz edilmiş iPhone 6 smartfonu sentyabrda buraxılacaq. 2014-cü ildə Apple şirkəti 80 milyon yeni telefon nüsxəsi buraxmağı planlaşdırıb.Yaponiyanın Nikkei nəşrinin məlumatına görə, şirkət iPhone 6 üçün ekranları Sharp, Japan Display və LG Display şirkətlərindən sifariş edib. Böyüdülmüş ekran Apple şirkətinə Samsungla rəqabətdə mövqeyini qoruyub saxlamağa kömək etməlidir.

Mənbə:Milli.Az
14 may 2014
GO BACK