Qadin.NET / Samsung Tizen-li 2 smartfon göstərəcək

Samsung Tizen-li 2 smartfon göstərəcək

Samsung korporasiyası yaxın bir neçə həftədə öz mobil əməliyyat sistemi olan Tizen ilə işləyən smartfonunu nümayiş etdirə bilər. Bu haqda The Wall Street Journal yazıb. Nəşr yazır ki, yaxın bir neçə həftədə Cənubi Koreya konserni Moskvada tədbir keçirməyə hazırlaşır ki, bu tədbirdə də və yeni cihazını nümayiş etdirəcək. Samsung eyni zamanda Hindistanda təqdimat keçirməyə hazırlaşır, burada Tizen platforması ilə işləyən televizor əlavəsini nümayiş etdirə bilər. Milli.Az ICTnews-a istinadən bildirir ki, Tizen – Linux bazasında açıq əməliyyat sistemidir. 2011-ci ildə LiMo Foundation və Linux Foundation təşkilatı layihəni işə salıb, Samsung və Intel şirkətləri layihə üzərində aparılan işə başçılıq edib. Bu əməliyyat sistemi smartfon, kompüter, planşet, televizor, kamera və sairə qurğulara quraşdırıla bilər.

Mənbə:Milli.Az
13 may 2014
GO BACK