Qadin.NET / Google ixtiraya 1 milyon dollar ödəyəcək

Google ixtiraya 1 milyon dollar ödəyəcək

Google şirkəti müasir qurğularla müqayisədə daha kiçikölçülü invertorun yaradılması üçün Little Box Challenge müsabiqəsinə start verib. Şirkətin Google+ sosial şəbəkəsindəki səhifəsində yazılıb ki, detalın ixtiraçısı 1 milyon məbləğində mükafatla təltif olunacaq. Milli.Az ICTnews-a istinadən bildirir ki, invertor – sabit cərəyanı dəyişən cərəyana çevirən qurğudur. Günəş elektrik stansiyaları üçün invertorlar ölçü və çəkisinin böyük olması ilə fərqlənir. 2030-cu ilədək bütün elektrik enerjisinin təxminən 80%-i invertor və başqa elektron çeviricilər vasitəsilə hasil ediləcək ki, bu da onları elektrik şəbəkələrində əvəzolunmaz komponentə çevirəcək – Googledan münasibət bildirilib. Biz istəyərdik ki, invertorların ölçüsü kiçilsin. Bu zaman günəş sistemlərinin qiymətini azaltmaq və onları daha səmərəli etmək mümkün olar. 

Mənbə:Milli.Az
13 may 2014
GO BACK