Ötən həftə - 5-8 may tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 110,31 dollar/barel olub ki, bu da ötən həftənin göstəricisindən 1,3 dollar azdır.Trend-in məlumatına görə, 5-9 may həftəsində AZERI LT-nin qiyməti maksimum 111,44, minimum isə 109,85 dollar/barel təşkil edib.5-9 may həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 105,92 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 0,58 dollar azdır. 5-9 may həftəsində URALS-ın qiyməti maksimum 107, minimum isə 105,6 dollar/barel olub. URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir. 5-9 may həftəsində "Brent Dated" növünün orta qiyməti 108,61 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 0,54 dollar azdır.Ötən həftə "Brent Dated"in maksimum qiyməti 109,65 dollar, minimum isə 108,28 dollar/barel təşkil edib.