Qadin.NET / Sony Xperia ZL2 göstərildi

Sony Xperia ZL2 göstərildi

Sony şirkəti Yaponiyada toz və suya davamlı Xperia ZL2 smartfonunu nümayiş etdirib. Smartfonun ekranı Sony Mobile BRAVIA Engine 2 və X-Reality texnologiyaları ilə təchiz edilmiş 5 düymlük Full HD təsvir ölçüsünə malikdir. Milli.Az ICTnews-a istinadən bildirir ki, aparat 2.3 QHs takt tezlikli dördnüvəli Qualcomm Snapdragon 801 MSM8974AB prosessoru, 3 QB əməli yaddaş, 32 QB tutumunda daimi yaddaşla təchiz edilib. Wi-Fi 802.11 ac, Bluetooth 4.0 və NFC modulları var. Əsas kameranın təsvir ölçüsü 20.7 meqapiksel təşkil edir və 4K formatında video çəkə bilir. Aparatın ölçüsü 137x72x10.8 mm, çəkisi 167 qramdır. Akkumulyatorun tutumu 3000 milliamper/saat təşkil edir. Smartfon Android 4.4 KitKat platforması ilə işləyir.

 Mənbə:Milli.Az
13 may 2014
GO BACK