İki il əvvəl Nyu-York hakimiyyəti köhnə telefon köşklərinin Wi-Fi çıxış nöqtələrinə çevrilməsi üzrə pilot layihə işə salmışdılar, amma o vaxtdan etibarən yalnız 10 taksofon Wi-Fi çıxış nöqtələrinə çevrilib. Hazırda şəhərin yeni hakimiyyəti 10 min telefon köşkünü sakinlərinin ehtiyacını ödəyən müasir qurğulara çevirmək üçün podratçı axtarır. Milli.Az ICTnews-a istinadən bildirir ki, taksofonlar üçün kabel sistemləri artıq çəkildiyinə görə bu layihə çox xərc aparmayacaq. Bundan sonra bu köşklərdən zəng etmək mümkün olmayacaq, yalnız 911 və 311 nömrələri üzrə təcili çağırış etmək mümkündür. Wi-Fi qoşulma ödənişsiz olacaq, amma qoşulma vaxtı reklama baxmaq lazım gələcək.Ekspertlərin qiymətləndirmələrinə görə, Wi-Fi nöqtələr şəbəkəsinin dəstəklənməsi hər il şəhərə 17,5 milyon dollara başa gəlir ki, bu da reklam nümayişindən əldə olunan gəlirin 50%-ni təşkil edir.