Qadin.NET / Məşhur vampirin qəsri satışa çıxarıldı

Məşhur vampirin qəsri satışa çıxarıldı

Məşhur vampirin qəsri satışa çıxarıldı

Rumıniyada daha çox qraf Drakulanın evi kimi tanınan Bran qəsri satışa çıxarılıb. 

ANS PRESS-in məlumatına görə, satış qapalı hərracda gerçəkləşdiriləcək. Qəsr Habsburqlar sülaləsinin nümayəndələrindən birinə məxsusdur. İndiki sahibi Dominik fon Habsburqun sözlərinə görə, bu məşhur qəsrin təmiri ilə məşğul olmağa vaxtı yoxdur. O bildirib ki, gələcəkdə qəsrin yanında kiçik otel tikilməsi də mümkündür. Dominik fon Habsburq qəsri  800 milyon dollara dövlətə satmaq istəyib. XIV əsrdə tikilmiş Bran qəsr öz zalım sahibi Vlad III Tsepeşə görə çox məşhurlaşıb. Məhz o, Brem Stokerin “Drakula” romanının qəhrəmanının prototipi sayılır.
Mənbə:Anspress.com
13 may 2014
GO BACK