Qadin.NET / Azərbaycanda ilanlar evə doldu

Azərbaycanda ilanlar evə doldu

Azərbaycanda ilanlar evə doldu
İmişlinin Ağaməmmədli kəndində maraqlı hadisə yaşanıb. ANS PRESS-in məlumatına görə, Həsənovlar ailəsi artıq ikinci gecədir ki, evlərində yata bilmirlər. Buna səbəb dünəndən kərpic tikilidən olan evlərinə ilanların doluşmasıdır. Evin sahibi Sədrəddin Həsənov deyir ki, dünən 15 yaşlı qızı Aysel ilanın birini divarın arasından dartıb çəkərkən, qırılıb quyruğu əlində qalıb. Xoş bir təsadüf nəticəsində ilan qızını sancmayıb. Bu gün də bütün günü 4 nəfərdən ibarət ailə qızmar günəş altında keçiriblər. Ağaməmmədli kəndinin sakini Sədrəddin Həsənovun verdiyi məlumata görə bu gün o, icra hakimiyyətinə gedərək, evlərinə ilanların doluşması barədə hadisəni söyləmək istəsə də, onu qəbul edən, dinləyən olmayıb. Daha sonra, ailə başçısı rayonun sanitar epidemioloji stansiyasına baş çəkib. Burada isə ona deyiblər ki, stansiya ancaq siçanlara və ziyanveriçi həşəratlara qarşı mübarizə aparır. İlanların evində məskunlaşmasından qorxan ailə bu gecəni də evində keçirməyəcək.
Mənbə:Anspress.com
13 may 2014
GO BACK