Qadin.NET / Roma barədə şok xəbər

Roma barədə şok xəbər

Roma barədə şok xəbər

Alman arxeoloqları Almaniyanın mərkəzi hissəsində qədim Roma legionerlərinin düşərgəsinin izlərinə rast gəliblər. 
ANS PRESS-in məlumatına görə, Türingiya federal torpağının Hahelbih kommunasında tapılan hərbi səhra düşərgəsi bizim eranın I-III əsrlərinə aiddir. Tapıntılar göstərir ki, tikililər antik mənbələrdə qeyd edilən qədim Roma hərbi düşərgəsinə məxsus xarakterik cizgiləri əks etdirir. Alimlər həm də Roma legionerlərinə məxsus əlvan metal əşyalar və mismarlar da aşkar ediblər. Belə səhra düşərgələri bir neçə saata təşkil edilirdi və legionerlərin qısa müddətə istirahəti üçün nəzərdə tutulurdu. Yeni tapıntı göstərir ki, romalılar indiki Almaniyanın daha içərilərinə qədər nüfuz edə biliblər.

Mənbə:Anspress.com
13 may 2014
GO BACK