Qadin.NET / Bakının Həsən Əliyev küçəsi 4 gün bağlı olacaq

Bakının Həsən Əliyev küçəsi 4 gün bağlı olacaq

Bakının Həsən Əliyev küçəsi 4 gün bağlı olacaq

Mayın 14-dən etibarən paytaxtın Həsən Əliyev küçəsində (keçmiş İnqilab küçəsi) nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.Bunu Trend-ə açıqlamasında Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.Onun sözlərinə görə, mayın 13-dən 14-nə keçən gecə saat 00:00-dan Həsən Əliyev küçəsinin Atatürk prospekti ilə kəsişməsindən Ceyhun Hacıbəyli küçəsi ilə kəsişməsinədək olan hissəsi yolun asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti üçün tam məhdudlaşdırılacaq.Yolun adıçəkilən hissəsinin 4 gün tam bağlı olması nəzərdə tutulur.

Mənbə:Trend.az

13 may 2014
GO BACK