Qadin.NET / Bir neçə rayonda qaz problemi olacaq

Bir neçə rayonda qaz problemi olacaq

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə əvəzlənməsi ilə əlaqədar bu gün saat 12:00-dək Binəqədi rayonunun bir hissəsi, saat 12:00-dan 17:00-dək Xəzər rayonunun bir hissəsi, saat 13:00-dan 14:00-dək Qaradağ rayonunun bir hissəsi, saat 13:00-dan 15:00-dək Quba rayonunun bir hissəsi, həmçinin 1020 mm-lik "Qazıməmməd-Qazax" I xətt magistral qaz kəmərinin 146,0-cı və 199,1-206,2-ci kilometrlərində aparılacaq təmir işləri ilə əlaqədar Qəbələ, Yevlax, Naftalan rayonlarının bütün yaşayış məntəqələri, Ağdaş, Göyçay, Goranboy rayonlarının bir hissəsi, Bərdə, Tərtər, Ağdam, Beyləqan, Ağcabədi və Füzuli rayonlarında isə qismən fasilələr yaranacaq.

Mənbə:Milli.Az
12 may 2014
GO BACK