Qadin.NET / Onu pişiklər bu hala saldı

Onu pişiklər bu hala saldı

Türkiyənin Ordu vilayətinin Kabadüz bölgəsində pişiklər küçüyə hücum çəkərək onu ağır yaralayıblar. Milli.Az İHA-ya istinadən bildirir ki, Kabadüz İctimai Səhiyyə Mərkəzində çalışanların saxladıqları Kakao adlı köpəyin küçüklərindən birinə pişiklər hücum ediblər. Pişiklərin ağır yaraladıqları küçüyü baytarlar ölümdən qurtarıblar. Mərkəzin direktoru Ayşegül Gündoğdu deyib: "5 aydır ki, mərkəzin bağçasına sığınan Kakaoya baxırıq, bəsləyirik. Köpək balaladı. Onun küçüklərindən birinə pişiklər hücum edib. Küçüyü Ordudakı heyvan sığınacağına apardıq. Orada baytarlar küçüyün həyatını xilas etdilər".
Mənbə:Milli.Az
12 may 2014
GO BACK