Qadin.NET / Havaların isti keçməsi ilə bağlı nazirlikdən AÇIQLAMA

Havaların isti keçməsi ilə bağlı nazirlikdən AÇIQLAMA

Milli.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib. Mütəxəssis bildirib ki, son günlər Bakıda və Abşeron yarımadasında, eləcə də bölgələrdə iqlim normasından yüksək temperatur qeydə alınıb: “Belə ki, son 2-3 gün ərzində ölkədə havanın temperaturu iqlim normasından 5-7 dərəcə yüksək olub. Mərkəzi Aran rayonlarında havanın temperaturu 28-30 dərəcə, ayrı-ayrı yerlərdə 34 dərəcəyədək yüksəlib. Bakıda və Abşeron yarımadasında maksimal temperatur 32 dərəcə isti olub. Naxçıvanda isə havanın temperaturu 30 dərəcəyə yaxındır. Belə isti temperatur son bir neçə gün ərzində müşahidə olunur və bu gün də davam edir. Temperatur rejimində yaxın 2 gün ərzində ciddi dəyişiklik gözlənilmir. Temperatur rejimi yüksək olsa da, rekord göstərici deyil”.

Mənbə:Milli.Az

12 may 2014
GO BACK