Qadin.NET / Facebook telefonunuza virus yayır

Facebook telefonunuza virus yayır

Facebook istifadəçilərinin məlumatlarını əldə etməyə yönəlmiş qeyri-qanuni təşəbbüslərin artdığı mövzusunda təhlükəsizlik mütəxəssisləri xəbərdarlıq edib. Milli.Az-ın xezerxeber.com-a istinadən məlumatına görə, ağıllı telefonların antivirus proqramı istifadə etməsinin qaçılmaz olduğunu bildirən mütəxəssislər təhlükəsizlik nizamlarını dəyişdirərək tətbiqin endirilməsini istəyən və istifadəçilərin telefon nömrəsini tələb edən saxta səhifələrin gündəmdə olduğuna diqqət çəkənərək "Bu sayədə kiber təqsirkarlar Android əməliyyat sitemli telefonlara virus bulaşdıraraq fərdi məlumatları ələ keçirməyi hədəfləyir" şərhini ediblər. "ESET"in blog səhifəsi "We Live Security" yazıçılarından kompüter təhlükəsizlik analitiki Qraham Kluley: "Facebook-a giriş etmək istəyəndə "pop-up", yəni açılan pəncərə ekranınızda görülürsə, bu mesaj Facebook-un özündə gələn bir mesaj deyil".Kluley "Telefon nömrənizi bildirməyin və bu cür tətbiqləri yükləməyin" xəbərdarlığını edib. Kiber günahkarlar Android sistemli ağıllı telefonlara virus bulaşdırmaq üçün Win32/Qadar adıyla bilinən bir bank truva atını istifadə edərək saxta mesajları Facebook-dan gəlmiş kimi göstərir. Windows əsaslı pis məqsədli proqram javascript vasitəsilə də bu mesajı internet brauzerinizin içinə yerləşdirirlər. Və təhlükə yayırlar.

Mənbə:Milli.Az

12 may 2014
GO BACK