Bakının Azadlıq prospektində hərəkət məhdudlaşdırılacaq. Trend "Azəryolservis" ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata istinadən xəbər verir ki, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Azadlıq prospektində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq. Sürücülərə alternativ olaraq Səməd Vurğun küçəsindən istifadə etmələri tövsiyə olunur.
Mənbə:Trend.az