Qadin.NET / Atəşi kəsilməyən atəşkəs sazişindən 20 il ötür

Atəşi kəsilməyən atəşkəs sazişindən 20 il ötür

Azərbaycanla Ermənistan arasında atəşkəs elan edilməsindən 20 il ötür. 1994-cü il mayın 8-də tərəflər arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış “Bişkek protokolu” mayın 12-də qüvvəyə minib və cəbhə xəttində aktiv hərbi əməliyyatlar həmin gündən dayandırılıb.
Milli.Az anspress-ə istinadən zəbər verir ki, Azərbaycan və Ermənistan arasında atəşkəsin imzalanması ilə bağlı təkliflə Rusiya çıxış edib. Qırğızıstanın paytaxtı Bişkekdə MDB Parlamentlərarası Assambleyasının iclasında Rusiya atəşkəs haqqında sazişin layihəsini tərəflərə təqdim etsə də, Ermənistan-Azərbaycan danışıqları nəticə verməyib. Əsas fikir ayrılığı protokolda Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağın erməni icmasının da bərabər tərəf kimi yer ayrılması olub. Mayın 8-də ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri Vladimir Kazimirovun iştirakı ilə sənədi Azərbaycan Milli Məclisinin o vaxtkı sədri Rəsul Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov imzalayıblar. Rusiyanın layihəsinə görə, Ermənistan və Azərbaycanın birinci şəxsləri atəşkəs sazişinin ardınca hazırlanacaq “Böyük sülh sazişi”nə imza atmalı idilər. Atəşkəsdən ötən 20 il ərzində müxtəlif məlumatlara görə, cəbhə xəttində 6 mindən artıq Azərbaycan hərbçisi düşmən gülləsi, mina partlayışları, qar uçqunu və digər səbəblərdən həlak olub. 

Mənbə:Milli.Az

12 may 2014
GO BACK