Qadin.NET / Həkim qərəzinin nəticəsi, yoxsa?..

Həkim qərəzinin nəticəsi, yoxsa?..

Əslən Ağdərə rayonunun Baş Güney kəndindən olan Nadir Ələsgərovbildirir ki, həyat yoldaşı Təranə Ələsgərova illərdir sinir sistemi xəstəliyindən əziyyət çəkir. Onun müalicəsi bir neçə dəfə Rusiya Federasiyasında aparılsa da, heç bir irəliləyiş əldə olunmayıb.  El Televiziyasına ərizə ilə müraciət edən Nadir Ələsgərovun şikayəti isə əlilliyə görə təqaüdə çıxarkən həyat yoldaşına həkim komissiyası tərəfindən səhv diaqnoz qoyulmasıdır. Nadir Ələsgərov bildirir ki, həkim komissiyasına istənilən məbləği vermədiklərinə görə, onun yoldaşına faktiki əziyyət çəkdiyi xəstəliyin diaqnozu deyil, lal və kar diaqnozu qoyulub. Hazırda aldığı təqaüd məbləğinin xəstəliklə bağlı xərclərini ödəmədiyini deyən Təranə Ələsgərova pozulan vətəndaşlıq hüququnun bərpa olunmasını tələb edir. O deyir ki, xəstəliyinin əsl diaqnozu qoyularsa, ona verilən əlliliyə görə təqaüd də artar. Bu da heç olmazsa, hər ay alınan dərmanların bir qismini təmin edər.  Ağdam Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi İlham Süleymanov da təsdiqləyir ki, Təranə Ələsgərova 2011-ci ilin sentyabr ayında xəstəxanaya müraciət edib. Elə həmin vaxtdan başlayaraq, o, “Depressiv hal” diaqnozu ilə 2013-cü ilin iyul ayına qədər xəstəxanada ambulator müalicə götürüb. Xəstəyə səhv diaqnoz qoyduğu iddia edilən həkim komissiyasının keçmiş baş həkimi Ələmdar həkimlə əlaqə saxlamaq cəhdimiz isə baş tutmadı.

Mənbə:Milli.Az
12 may 2014
GO BACK