"Neft Daşları" yatağındakı 2585 nömrəli özüldən 2599 nömrəli quyu qazmadan sonra istismara verilib.Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən X horizonta qazılan quyu 2214-2193 metr intervaldan fontan üsulu ilə sutkalıq 40 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.Qeyd edək ki, quyu "Neft Daşları" NQÇİ-nin sifarişi ilə qazılıb.
Mənbə:Trend.az