Qadin.NET / Öyrədəni öyrədənlər

Öyrədəni öyrədənlər

Öyrədəni öyrədənlər

İndi isə baxaq, mülkilərimiz necə öyrənir. Daha doğrusu onları öyrətməli olanlar özləri nəyi öyrənir və Azərbaycanda uzun illər təkmilləşdirmə prosesilə məşğul olan təhsil ocaqları nəyi və necə təkmilləşdirirlər. Necə deyərlər, bir az da böyükləri küncə qoyaq. 
Ölkənin iki əsas sektoru, təhsil və səhiyyə. Bu gün burda olan kadrların günün tələblərinə cavab verməsi əsas məsələdir. Lakin təəssüflər olsun ki, bu istiqamətdə müəyyən problemlər var. Onların təkmilləşdirilməsinə ehtiyac duyulur. Amma təhsil və səhiyyə kadrlarını təkmilləşdirən institutların belə özlərinin təkmilləşməyə ehtiyacları var.
Qanunvericiliyə görə, həm həkimlər, həm də müəllimlər ən geci 5 ildən bir məcburi təkmilləşdirmə inistitutlarında 6 aylıq kurs keçməlidir. Bunun üçün dövlətdən hər il təkmilləşdirmə institutlarına milyonlarla manat vəsait ayrılır. Üstəlik təkmilləşdirmə institutları təsərüfat hesablı ixtisasdəyişmə kursları təşkil etməklə, buradan da yaxşı pullar qazanır. Məsələn, fizika müəllimi bu institutlarda bir neçə ay kurs keçməklə informatika müəlliminə, baxça tərbiyəçisi isə ibtidai sinif müəlliminə çevrilə bilir. Bəs necə? Və hansı səviyyədə? 
Bura artıq 75 ildir ki, paytaxtda orta və ümumtəhsil məktəblərinin 30 mindən çox müəllimin təkmilləşdirməsilə məşgul olan Bakı Pedoqoji Kadrların İxtisasartırma və Yenidənqurma İnstitutudur. Əvvəl gördüklərimizdən elə başa düşdük ki, baxça, yaxud ibtidai sinif müəllimlərinin təkmilləşdirmə dərsini izləyirik. Kicik akt zalında 25 məktəb direktoruna nar ağacı, nar çiçəyi musiqisinin sədaları altında cizgi filimi və slaydlar göstərilirdi.Bu cizgi filimlərinin daha çox menecerlik fəaliyyətilə seçilməli olan məktəb direktorlarının təkmilləşdirməsinə nə aidiyyatı var? Müəllimə Solmaz Amanovanın sözlərinə görə, multimedia dərsidir: “Direktorlar məlumatlandırılır ki, onlar da öz təhsil müəssisələrində tədbirlərini məhz bu şəkildə qursunlar.” 
Bu institutda 4 elmlər doktoru, 21 elmlər namizədi olsa da, çəkiliş zamanı rektor istisna olmaqla, bir nəfər də elmi adı olan müəllimə rast gəlmədik. Dərsləri əvvəllər orta məktəbdə işləmiş, indi isə institutda fəaliyyət göstərən müəllimlər keçir. Bir dərsin qiyməti isə 2 manat 67 qəpikdir. İnstitutun prorektoru 369 manat, baş müəllim 250 manat, metodist 150 manat maaş alır. Maaşını açıqlamayan rektor Asəf Zamanov isa institutun verdiyi tədrisdən də təhsildə də məmnun göründü. 
Asəf Zamanov deyir ki, düzdür bütün müəllimlərə yaxşı demək olmaz: “Amma əvvəlki illərə baxanda çox irəliləyiş var. Hər il burada ən azı 5 min müəllim təkmilləşdirmə kursları keçir”. 
Kadr hazırlığı ölkə səhiyyəsinin də ən böyük problemlərindəndir. İndi onlarla rayonlarımız var ki, müasir tipli diaqnostika mərkəzləri tikilib. Amma nə fayda, bu mərkəzlərdə milyonlarla manata alınan müayinə və müalicə aparatlarını işlədə bilən kadrlar ki, yoxdur.
Lerik RMX-nın baş həkiminin müavini Abdulla Rzayev qeyd edir ki, böyük əməliyyatların aparılması üçün anestizoloqumuz çatışmır. Olsa heç də öd kisəsi və digər əməliyyatlar üçün başqa yerə göndərmərik.Bəs nə vaxtadək əhali adi cərrahi əməliyyatlar üçün paytaxta üz tutacaq? Nə vaxtadək səhlənkarlığının, səhv diaqnoz qurbanına çevrilən insanlar yerli həkimlərə etibarsızlıq edəcək, xaricə üz tutacaq, İranda, Turanda dərdlərinə dəva axtaracaq? 30 minlik həkimlər ordusunun təkmilləşməsi müasir tələblərə cavab verməsi üçün daha neçə il gözləməliyik? 
Bu sualların cavabını isə həkimlərin təkmilləşdirmə institunda axtarmağa qərar verdik. Rektor Nazim Qasımov deyir ki, təkrar biliyin anası olsa da, bir çox həkimlər təkmilləşdirməyə elə də maraq göstərmir. Həmçinin institut son illər beynəlxalq əlaqələrini genişləndirsə də, hələ də tədris üçün Azərbaycan dilində vəsaitlər çatışmır. Çıxış yolu kimi xarici dildə olan tibbi yenilikləri tərcümə edərək saytlarında yerləşdirəcək ki, həkimlər kursa gəlməmişdən öncə bir necə ay bu faktlarla tanış olsunlar.Nazim Qasımov xüsusən tibb sahəsində təkmilləşdirmə olmadan mümkün deyil. Çünki texnologiya inkişaf edir və həkimlər bunu öz işlərində öyrənib tətbiq etməlidirlər.
Müdriklər deyir ki, elmi qəbr evinə qədər öyrən. Yenilikləri öyrənin və öyrədin, tətbiq edin. Axı biz birinizə zəkamızı, digərinizə isə həyatımızı, sağlamlığımızı etibar edirik.

Mənbə:Anspress.com
12 may 2014
GO BACK