Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəblərə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün II və III ixtisas qruplarına qəbul imtahanı keçirib. İmtahan respublikanın ümumilikdə 11 şəhərlərində 33 binada olub. Qəbul imtahanlarının idarə olunmasına 143 imtahan rəhbəri və 1557 nəzarətçi-müəllim cəlb olunub. İmtahanda 18 min 298 abituriyent iştirak edib ki, onlardan 7896-sı II qrup üzrə, 10 min 402-si isə III qrup üzrə imtahan verib. İmtahan verənlərdən ən yaşlısının 43, ən gəncinin isə 18 yaşı var. Həmçinin imtahan verənlərin 60 nəfəri xarici ölkələrin vətəndaşıdır. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncədə 2193 abituriyent qəbul imtahanında iştirak edib. İmtahan 4 binada keçirilib və imtahana nəzarət etmək üçün 16 imtahan rəhbəri və 172 nəzarətçi müəllim iştirak edib. İmtahana bir nəfərin başqa sənədlə daxil olmasının qarşısı alınıb və prosesdən uzaqlaşdırılıb.
Mənbə:Milli.Az