Qadin.NET / Bakı od tutub yanacaq

Bakı od tutub yanacaq

Həftənin ilk iş günü Bakıda havanın temperaturu 32 dərəcəyədək yüksələcək. Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Məlumata görə, mayın 12-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 16-20, gündüz 27-32 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Aran rayonlarında havanın temperaturu gecə 13-18, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.
 Mənbə:Miili.Az

 

11 may 2014
GO BACK