Qadin.NET / Ferrari satılmır, satılmayacaq

Ferrari satılmır, satılmayacaq

Şirkətin qiymətinin 4,6-dan 7,5 milyard dollar arasında olduğunu hesab edən Uoll-Street analitiklərinin suallarına cavab verən Markionne qeyd edib ki, onlar düz demirlər və əgər Ferrari yeni bazarlara çıxmaq və ildə 10000-dən çox avtomobil satmaq qərarına gəlsə, bu məbləğ ikiqat arta bilər. Milli.Az 4charx.com-a istinadən bildirir ki, lakin hazırda şirkət öz məhsulunun eksklüzivliyini qorumaq üçün ildə cəmi 7000 maşın buraxır. İldə bir dəfə yeni Ferrari modeli işıq üzü görür və hər birinin həyat dövrü dörd ildir.

“Siz düzgün hesablamırsız və mən bunu sizə öyrədə bilərəm. Və mənim bir məsələdə fikrim tam qətidir – Ferrari satılmır”, - deyə Markionne qeyd edib
Mənbə:Milli.Az

 

11 may 2014
GO BACK