Qadin.NET / Dubayda taksilər sürücüsüz olacaq

Dubayda taksilər sürücüsüz olacaq

 

"Dubayda şəxsi avtomatik nəqliyyatın - "sürücüsüz taksi" xidmətinin işə salınacağı gözlənilir, çərşənbə axşamı Gulf News qəzeti bildirib.
Milli.Az BBC-yə istinadən bildirir ki, Birləşmiş Ərəb Əmirliklərinin nəşrinə əsasən, "gələcəyin şəhər nəqliyyatı" kimi də təsvir edilən PRT layihəsi iki il ərzində gerçəkləşməlidir. PRT şəhər və şəhərətrafı yüksək teknoloji nəqliyyat növüdür. Avtomatik (sürücüsüz) fəaliyyət göstərən sistem müəyyən edilmiş yollar şəbəkəsinin istifadəsilə sərnişin daşınmasını təmin edir. Bu kimi layihələr artıq 1953-cü ildə işlənilməyə başlanılıb. Lakin onların gerçəkləşməsi yol hərəkatının təhlükəsizliyilə bağlı problemlərə görə ləngiyib. Hazırda bu nəqliyyat növü Londonun Heathrow hava limanında işləyir. Eyni zamanda PRT layihəsinin Əbu-Dabidə sınaqları keçirilir.
Mənbə:Milli.Az

 

11 may 2014
GO BACK