Qadin.NET / Sabah 43 yaşlı abituriyent imtahan verəcək

Sabah 43 yaşlı abituriyent imtahan verəcək

Sabah 43 yaşlı abituriyent imtahan verəcək
Sabah Tələbə Qəbulu üzrə Dövlət Komissiyası II və III ixtisas qruplarının abituriyentləri (əvvəlki illərin məzunları ) üçün qəbul imtahanı keçirəcək. TQDK-dan ANS PRESS-ə verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 33 binada keçiriləcək. İmtahanların idarə olunmasına 143 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 1557 nəzarətçi-müəllim cəlb olunacaq. İmtahanda 18298 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 7896 abituriyent II qrup üzrə, 10402 abituriyent III qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 16831 nəfəri (II qrup üzrə 7237 nəfər, III qrup üzrə 9594 nəfər) Azərbaycan bölməsinin, 1467 nəfəri (II qrup üzrə 659 nəfər, III qrup üzrə 808 nəfər) isə rus bölməsinin məzunudur. Abituriyentlərin 7596 nəfəri (II qrup üzrə 4857 nəfər, III qrup üzrə 2739 nəfər) oğlanlar, 10702 nəfəri (II qrup üzrə 3039 nəfər, III qrup üzrə 7663 nəfər) isə qızlardır. 15367 nəfər orta ümumtəhsil məktəblərinin, 249 nəfər ali təhsil müəssisələrinin, 2682 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 60 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1971-ci ildən, ən gənci isə 1996-cı ildəndir. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.
Abituriyentlər imtahana özləri ilə 2 sənəd gətirməlidirlər: 
- şəxsiyyəti təsdiq edən sənədin əslini
- “İmtahana buraxılış vərəqəsi"ni
Gostərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.
İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. Həmin gün saat 16:00-da "Space" telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və facebook səhifəsində yerləşdiriləcək. Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun sonlarında aparılacaq.

Mənbə:Anspress.com
10 may 2014
GO BACK