Qadin.NET / Kofe içmək üçün daha bir səbəb

Kofe içmək üçün daha bir səbəb

Kofe içmək üçün daha bir səbəb

Kofe görmə qabiliyyətini qorumağa kömək edir. ANS PRESS-in məlumatına görə, bu içkinin tərkibindəki kimyəvi birləşmələr qlaukoma xəstəliyi olanlarda tor qişanı qoruyur. Nyu Yorkun Kornella Universitetinin el adamları iddia edirlər ki, kofe öz antioksidant tərkibinə görə, qlaukoma ilə effektiv mübarizə aparır. Bu içkidə xlorgenik turşu və kofe turşusunun mürəkkəb efiri 7-9 faizdir. Kofenin tərkibində kofein cəmi 1 faizdir.  Xlorgenik turşu görmə zəifləyəndə və tor qişanın deqenerasiyasında faydalıdır. Bundan başqa antioksidantlar qocalma prosesini ləngidir və diabetlə mübarizədə faydalıdır. Təcrübə həmişəki kimi siçanlar üzərində aparılıb. Alimlərin fikrincə, qlaukomadan əziyyət çəkənlər üçün gündə bir fincan kofe kifayətdir ki, effektivliyi hiss etsinlər. Bundan öncə də kofenin Parkinson xəstəliyindən qoruduğuda ortaya çıxıb. 

Mənbə:Anspress.com
10 may 2014
GO BACK