Qadin.NET / Ən bahalı güllər (FOTO)

Ən bahalı güllər (FOTO)

Ən bahalı güllər (FOTO)

Hər il mayın 10-da Bakı əsl gül cənnətinə çevrilir. Dünyanın nadir növ güllərinin bəzədiyi parklar uşaqlarla yanaşı, böyüklərin də həvəslə üz tutduğu məkanlardır. Bayramda dünyanın 80-dən çox ölkəsindən gətirilmiş 1,5 milyondan çox müxtəlif güllərdən istifadə olunur.
ANS PRESS-in məlumatına görə, "Gül bayramı" münasibətilə Buro 24/7 dünyanın ən nadir və bahalı güllərinin siyahısını hazırlayıb.
Mavi-yaşıl rəngli Jade Vin çiçəyini yarasalar tozlandırır. Lakin bu gün bitkinin nəsli kəsilmək üzrədir.

Ən bahalı güllər (FOTO)
Yalnız yüksək dağlarda bitən Gibraltar Silene gülünün son vaxtlara qədər yer üzündən silindiyi bilinirdi. Ancaq 1994-cü ildə bir alpinist tərəfindən aşkarlanandan sonra Böyük Britaniyanın Kraliyyət botanika bağlarında yetişdirilir. Nadir Tutuquşu dimdiyi gülü orijinal adı ilə fərqlənir. Vətəni Kanarya adaları hesab olunan gül nəsli kəsilmiş hesab olunur. Kokio çiçəyi 1860-ci ildə Amerikada ağac üzərində tapılıb, lakin 1950-ci ildə itirilmiş hesab olunub. 20 il sonra ağac tapılsa da, 1978-ci ildə baş verən meşə yanğını nəticəsində ağacdan təkcə bir budaq xilas etmək mümkün olub. Hazırda gül başqa formalarda yetişdirilir.
Ən bahalı güllər (FOTO)
Kadupul gülü Şri-lanka adasında bitir. Kadupul asan böyüyür, ancaq nadir hallarda çiçəkləyir. Dünyanın ən bahalı gülü olan "Kinabalu qızılı" ancaq Borneo adasındakı Kinabalu dağında yetişir. Gülün ləçəkləri zolaqlı və rəngarəngdir. Bir dəstəsi 5 000 dollardır.

Zərif çəhrayı rəngli "Medinella" dünyanın ən gözəl ekzotik gülü sayılır. Vətəni Fillipin və Madaqaskar adalarında yerləşən tropik meşələrdir. Dəstəsi 700 dollardır. Ruh oxideyası 20 il ərzində itmiş hesab olunub. Bu orxideya növü təbii yolla artmır. Onun yarpağı yoxdur və fotosintezin köməyilə qidalanmır. Çiçək qidalanmasını köklərinə yapışmış xüsusi göbələklərə borcludur.

Ən bahalı güllər (FOTO)

MənbYutan Poluo gülünün böyüməsi üçün torpağa ehtiyacı yoxdur. O, bərk səthlər, hətta polad boru üzərində belə böyüməyə qadirdir. Bitkini ilk dəfə boruları təmizləyən çin fermeri aşkarlayıb.

Ən bahalı güllər (FOTO)

Mənbə:Anspress.com

10 may 2014
GO BACK