Qadin.NET / Bakı gülə qərq olub (FOTO)

Bakı gülə qərq olub (FOTO)

Bakı gülə qərq olub (FOTO)

Bu gün Bakıda möhtəşəm gül bayramı keçirilib. Bayram Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Heydər Əliyev Sarayının qarşısındakı parkda və sarayın arxasındakı Şəhər Mərkəzi Parkında baş tutub. Park güllərdən ibarət olan maraqlı kompozisiyalarla bəzədilib. Parkda müxtəlif çiçəklərdən gül xalıları, maraqlı kompozisiyalar yığılıb. Heydər Əliyevin parkda ucalan abidəsinin postamenti güllərlə bəzədilib.  Parkda rəngbərəng güllərdən hörülən, yazın gəlişinə həsr olunan kompozisiyalar nümayiş etdirilir. Əzəmətli kompozisiyalardan biri də Heydər Əliyev Sarayı qarşısında qurulub. Bu kompozisiyanı Ulu öndərin portreti bəzəyir.

Bakı gülə qərq olub (FOTO)
Bakı gülə qərq olub (FOTO)
Bakı gülə qərq olub (FOTO)
Bakı gülə qərq olub (FOTO)
Bakı gülə qərq olub (FOTO)
Mənbə:Anspress.com
10 may 2014
GO BACK