Qadin.NET / İstirahət günü Azərbaycanda hava necə olacaq?

İstirahət günü Azərbaycanda hava necə olacaq?

Sabah Azərbaycanda hava əsasən yağmursuz keçəcək

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib. Onun sözlərinə görə, mayın 11-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək. Səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq, cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 13-16, gündüz 26-31 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin gecə və axşam bəzi qərb rayonlarında şimşək çaxacaq, qısamüddətli yağış yağacaq, səhər ayrı-ayrı yerlərdə duman olacaq. Aran rayonlarında havanın temperaturu gecə 13-18, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq

Mənbə:Milli.Az
10 may 2014
GO BACK