Məşhur ingilis dramaturqu, dünya şöhrətli şair Uilyam Şekspir haqqında yeni bir araşdırma nəticəsi ortaya çıxıb. ANS PRESS-in məlumatına görə, dünya ədəbiyyatının ən məşhur dramaturqlarından biri, ən azı 17 komediyanın, onlarla tarixi pyesin, 11 faciənin və sonetlər silsiləsinin müəllifi olan Uilyam Şekspirin pərəstişkarları aparılan yeni araşdırmanın nəticələrinə inanmaqda çətinlik çəkir. Belə ki, ABŞ-da aparılan bir araşdırmanın nəticələrinə görə, reperlər Şekspirlə müqayisədə daha çox sözdən istifadə edirlər. Tədqiqatçılar ingilis yazıçının müvəffəqiyyətli dramlarındakı ilk 35 min sözlə reperlərin mahnılarındakı ilk 35 sözə baxıblar. Uzun müddət davam edən tədqiqatdan sonra maraqlı bir nəticə ilə üzləşiblər. Nəticələrə əsasən, Uilyam Şekspirin 5170 sözdən istifadə etdiyi, məşhur reper Bləkalisiusun 5480 fərqli söz istifadə etdiyi müəyyən edilib. Dünyaca tanınmış digər reperlərin nəticələri isə belədir: Eminem 4494 söz, Niki Minaj 4162 söz, Snup Doqq 3974 və Cey Zi 4506 söz. Qeyd edək ki 16-cı əsrdə yaşamış Şekspirin əsərləri dünyanın bir çox dillərinə tərcümə olunub, dram əsərləri dünyanın əksər teatrlarında tamaşaya qoyulub.