Qadin.NET / Xiaomi Apple-ı ötdü

Xiaomi Apple-ı ötdü

Xiaomi şirkəti Çində bazar payına görə ABŞ-ın Apple şirkətini ötərək ən populyar mobil qurğu istehsalçıları arasında üçüncü yerdə qərarlaşıb. Alma şirkətinin payı 10% olduğu halda, Xiaomi şirkətində bu göstərici 11%-dir. Samsung və Lenovo şirkətləri Çin bazarında liderdirlər. Milli.Az ICTnews-a istinadən bildirir ki, ikinci yerdə qərarlaşmış Lenovo şirkətinin bazar payı 12%-dir. Başqa iki nəhəng yerli istehsalçı – Coolpad və Huawei şirkətləri müvafiq olaraq 8% və 10% bazar payına sahibdirlər. Beləliklə, bu yaxınlarda Çin bazarında sonrakı yerdəyişmələr gözlənilir.

 Mənbə:Milli.Az

 

10 may 2014
GO BACK