Qadin.NET / Azyaşlılar arasında su çiçəyi xəstəliyi yayılıb

Azyaşlılar arasında su çiçəyi xəstəliyi yayılıb

 

Azyaşlılar arasında su çiçəyi xəstəliyi yayılıb

Paytaxtın əksər məktəbəqədər təhsil müəssisələrində mart ayından başlayaraq suçuçəyi xəstəliyinə yoluxan uşaqların sayında kəskin artım müşahidə olunub. ANS PRESS-in məlumatına görə, Səhiyyə Nazirliyi isə polikilinkalar vasitəsi ilə məktəb və baxçalara xəbərdarlıq göndərib ki, uşaqlar hər gün tibbi nəzarətdə saxlanılsın və su çiçəyi rast gəlinən uşaqlar mvəqqəti olaraq təcrid edilsin. Lakin paytaxtda 4 baxşaya baş cəksək də bizə içəridə çəkiliş aparılmasına icazə verilmədiyindən baxçalardakı vəziyyəti və nəzarətin hansı səviyyədə təmin olunduğunu öyrənə bilmədik.  Uşaq həkimi Arzu Əliyeva bildirir ki, məktəblilər üçün bu karantin müddəti 10 gün, baxça yaşlı uşaqlar üçünsə 21 gündür. Su çiçəyi tutan uşaqları isə ərazi həkimləri evlərə gedərək nəzarətdə saxlamaldır.  5 saylı uşaq poliklinikasında son 4 ayda 200-dən çox su çiçəyi xəstəsi nəzarətə götürülüb.  Qeyd edək ki, su çiçəyinə tutulan xəstələrdə ilkin əlamətlər yüksək hərarət və bədəndə suluqlarla müşahidə olunan qırmızı səpkilərin yayılması, iştahanın və yuxunun pozulmasıdır. Su çiçəyi xəstəliyini keçirmiş hər bir uşaq ömürlük immunitet qazanır. Hələki Azərbaycanda bu xəstəliyə qarşı peyvənd yalnız özəl klinikalarda edilir. Dövlət hesablı klinikalarda isə su çiçəyi xəstəliyinə qarşı peyvənd təqvimində vaksinasiya yoxdur. Respublikanın baş pediatoru Nəsib Quliyev isə bunu onunla əsaslandırır ki, su çiçəyinə qarşı peyvəndi aparmaq hələki vacib deyil, bu xəstəliklərə qarşı tətbiq olunan peyvəndlər təkmil deyil.

Mənbə:Anspress.com

 

10 may 2014
GO BACK