Amerikanın Apple korporasiyası hökumətin soğrusu əsasında müştərilərin fotolarını, kontaktlarını, yazışlamarını, sənədlərini və digər məlumatlarını təqdim edə bilər. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Apple şirkətinin hüquq-mühafizə orqanları və hökumətlə yeni iş siyasətində qeyd edilib. Sənəddə qeyd edilir ki, bütün yuxarıda qeyd edilənlərlə yanaşı, şirkət istifadəçisini iTunes və Apple Store İnternet mağazalarında etdiyi alış-veriş barədə də məlumatı təqdim edə bilər. Bundan başqa, alış-verişin həyata keçirildiyi kredit kartının məlumatları da təqdim edilə bilər.
Mənbə:Milli.Az