Bu gün saat 22:00-dan etibarən yolun xətlənməsi işlərinin aparılması ilə əlaqədar Bakının Əliyar Əliyev küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə cümə günü Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib. Onun sözlərinə görə, konkret olaraq avtomobillərin hərəkəti Heydər Əliyev prospektindəki körpüdən ("Bağırov körpüsü") Əliyar Əliyev küçəsindəki körpüyədək ("Çermet körpüsü") olan hissədə məhdudlaşdırılacaq.
Mənbə:Trend.az